ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib


ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.

"Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək", - Blinken sosial şəbəkə hesabında yazıb. /Report/


MANŞET XƏBƏRLƏRİ