İsfahanı kim bombardman edib? – Molla rejimindən yeni iddia


İranın İsfahan şəhərindəki hərbi obyektlərə hücumda istifadə edilən mikro pilotsuz uçan aparatların (PUA) İraqın şimalındakı kürd qruplaşmaları tərəfindən ölkəyə gətirildiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan "Nournews" xəbər saytı İsfahandakı hücumda istifadə edilən avadanlıqlarla bağlı yeni iddia irəli sürüb.

Məsələ ilə əlaqədar saytın Tvitter hesabındakı paylaşımda qeyd olunub ki, partlayıcı vasitələr Şimali İraq Kürd Muxtariyyətindəki kürd qruplaşmaları tərəfindən ölkəyə gətirilib. Sözügedən qruplaşmaların molla rejimi əleyhinə fəaliyyət göstərdikləri iddia edilib.

Yanvarın 28-də İsfahanda sursat istehsalı müəssisəsində partlayış baş verib. İran Müdafiə Nazirliyi hərbi obyektə PUA hücumu həyata keçirildiyini açıqlayıb.

İran parlementinin üzvü Hüseyn Mirzayi İsfahan səmasında görünən PUA-ların İsrailə aid olduğunu deyib. ABŞ-ın "Wall Street Journal" nəşri də İranın hərbi obyektlərinə hücumun İsrail dronları tərəfindən həyata keçirildiyini yazıb.

İsrailin "Yediot Ahronot" qəzeti də adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən hücumun arxasında Təl-Əvivin dayandığını bildirib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ