Putin Lavrova Bakıya niyə zəng etməyi tapşırıb? - DETALLAR


Ötən gün Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında baş tutan telefon danışığı əsasında Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Bu kontekstdə Rusiya Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu təsdiqləyib.

Bizim.Media-ya açıqlama verən politoloq İlqar Vəlizadənin fikrincə, Lavrovun Bayramova zəngi Putinin tapşırığı ilə baş tutub:

"Bayramovla Lavrov arasında olan telefon danışığından əvvəl Ermənistan baş naziri Rusiya Prezidenti Putinə zəng edərək, Laçın yolu ilə bağlı ona şikayət edib. Düşünürəm ki, məhz bu telefon danışığından sonra Putin Lavrova Azərbaycanlı həmkarı ilə danışraq məsələni müzakirə etməyi tapşırıb. Nazirlərin danışıqları isə Moskva danışıqlarının davamıdır.

Moskva danışıqlarını bilirsiniz ki, İrəvan imtina etmişdi. Güman ki, Putin Paşinyanla danışığında bununla bağlı Ermənistana irad bildirib.

Nəticədə böyük ehtimalla Paşinyan da XİN nazirləri arasında görüşə razılıq verib. Ondan sonra da Lavrov Bayramova zəng edərək, məsələni müzakirə edib.
Amma yaranmış vəziyyətdə Bakı İrəvanla Laçın yolunu müzakirə etməyəcək. Ümumiyyətlə bu məsələ Azərbaycan Ermənistan gündəmində, ikitərəfli münasibətlərdə mövzu ola bilməz. Bakı digər məsələlərin müzakirəsinə üstünlük verir. Yəqin Lavrovla söhbətdə Bayramov bunları onun diqqətinə çatdırıb. Nəticəsinin necə olacağını hadisələr göstərəcək".


MANŞET XƏBƏRLƏRİ