Gültəkin Hacıbəyliyə bəraət verildi


Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində məhkəmə prosesi başa çatıb.

Turkustan.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmdə Gültəkin Hacıbəylinin əməlində cinayət tərkibi olmadığı qeyd olunub. Məhkəmə bu əsasla cinayət işinə bəraətverici əsaslarla xitam verib.

Qeyd edək ki, iş üzrə xüsusi ittihamçı bloger Leyla Arif olub.

Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib.

Gültəkin Hacıbəyli Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub. /apa.az/


MANŞET XƏBƏRLƏRİ