Rusiyadan Quran açıqlaması: "Ağlı başında olan hər kəs..."


Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyənin Stokholm səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya verib.

Turkustan.azxəbər verir ki, spiker belə aksiyaları təşkil edənlərin dünyanı odun içinə atdıqlarını və yeni gərginliklər yaratdıqlarını deyib.

"Bu təhqirdir, cinayətdir, etnik ədavəti qızışdırmaqdır. İnsanlar müsəlmanlar üçün müqəddəs olan şeylərə hücum edirlər", - Matviyenko bildirib.

Dünyanın bütün ağlı başında olan güclərindən bu cür hərəkətləri pisləməklə yanaşı, qarşısının alınmasını da istədiyini xatırladan Matviyenko Rusiyanın bütün millətlərdən olan insanlara hörmət edən çoxmillətli ölkə olduğunu vurğulayıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ