Nazir Səhlab Bağırovun yerinə onu rəis TƏYİN ETDİ


Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

Turkustan.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
(modern.az)


MANŞET XƏBƏRLƏRİ