ABŞ 30 milyonluq PUA-nı Ukraynaya 1 dollara satacaq - Təklif


Amerikanın General "Atomics" kompaniyası Ukraynaya sərfəli təklif irəli sürüb.

Turkustan.az xəbər verir ki, şirkət MQ-9 pilotsuz uçuş aparatını 1 dollara sata biləcəyini açıqlayıb.

Bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Belə ki, həmin aparatın təkcə hazırlanması 10 milyona, illik texniki xidməti isə 8 milyondur.

Qeyd edək ki, "MQ-9"un bazar satış qiyməti 30 milyon dollara yaxındır.

Bu PUA-lar 2020-ci ildə general Qasım Süleymaninin öldürülməsi zamanı istifadə olunub.

Ukrayna prezidenti Vladimir Zelenski Co Baydendən uzaq məsafəyə hədəfli raket sistemləri və MQ-9 alınması üçün müraciət etmişdi. Bu vaxta qədər Pentaqon PUA-ların Ukraynaya verilməsi barədə qərar verə bilmirdi. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ