İranlı gənc cütlük bu videoya görə 10 il həbs cəzası aldılar - VİDEO


Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan etirazların aramsız davam etdiyi İranda daha bir mübahisəli hadisə baş verib. 20 yaşlı Astiyazh Haghighi və nişanlısı Əmir Məhəmməd Əhmədi sosial media hesablarında romantik rəqs videoları paylaşdıqları üçün 10 il 6 ay həbs cəzasına məhkum ediliblər.

Turkustan.azxəbər verir ki, ötən il saxlanıldıqdan sonra əxlaq polisi tərəfindən öldürülən iranlı qadın Məhsa Emininin ölümündən sonra xalq hərəkatının başladığı İrandan daha bir reaksiyaya səbəb olan qərar gəlib.

20 yaşlarında olan Astiyazh Haghighi və nişanlısı Əmir Məhəmməd Əhmədinin sosial şəbəkədə paylaşdığı romantik rəqs videosu məhkəməyə verilib. Azadi Qülləsinin qarşısında cütlüyün romantik rəqsi Tehran hökumətini qəzəbləndirib. Videoda Haqinin hicab taxmamasının son vaxtlar artan nümayişlərlə əlaqəli olduğu iddia edilib.

QADAĞANDIR

Qısa müddətdə paylaşım rekordu qıran videonun noyabrın əvvəlində çəkildiyi bildirilib. Qadınlara qarşı çox sərt qaydaların tətbiq edildiyi İranda qadınların kişi ilə və ya tək başına rəqs etməsi qadağandır.

İNTERNET VƏ XARİCƏ ÇIXIŞ QADAĞASI DA GƏLİR

Tehran məhkəməsinin verdiyi açıqlamada həm Haqi, həm də Əhmədi 10 il 6 ay həbs cəzasına məhkum edilib, hər ikisinə internetdən istifadə və xaricə səyahət qadağan edilib. "Sözcü"də yer alan xəbərə görə, sosial mediada məşhurlaşan ikiqat cəzanın "milli təhlükəsizliyə xələl gətirəcək toplaşmaq" və "korrupsiya və fahişəliyə istiqamətləndirmə" cinayətlərinə görə verildiyi qeyd edilib. Digər tərəfdən, Haqinin Tehran xaricindəki Karçak həbsxanasına göndərildiyi bildirilib. Bu həbsxananın şəraiti tez-tez beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən tənqid olunub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ