"İranın həyasızlığı Azərbaycanı bəzi məsələləri qabaqlamağa vadar etdi" – Politoloqdan AÇIQLAMA


Əslində həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti bunları nəzarətdə saxlayırmış. Adətən bunun üçün 3 aydan 6 aya qədər vaxt tələb olunur.

Bu fikirləriTurkustan.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Politoloq bildirib ki, "bu, beynəlxalq məsələdir, gərək bütün faktlar olduğu kimi təsdiqini tapsın. Onlar xaricdən maliyyələşirlərsə, onların bank hesablarını yoxlayırlar, danışıqlarını yoxlayırlar, əlaqələrini araşdırırlar, kənardan müşahidə aparılır. Ona görə də bütün bunlar üçün vaxt lazımdır. Təhlükəsizlik orqanları hər hansı bir qərarı qəbul edirlərsə, o yetişmiş qərardır. Bu günə qədər bu məsələni gündəmə gətirməmək o demək deyil ki, Azərbaycanın bu məsələdən xəbəri yox idi. Azərbaycanın bunu sadəcə gündəmə gətirməmə səbəbi bu məsələnin tam yetişməməsidir. Amma İranın törədilən terror aktından sonra sərgilədiyi həyasız molla siyasəti istər-istəməz Azərbaycanı bəzi məsələləri qabaqlamağa vadar etdi. Çünki, ola bilər onların zamanı deyildi, amma indi Azərbaycan bu mələləri açmaq məcburiyyətində qaldı. Bu hadisə İran üçün ölümə bərabərdir. "Bakı respublikası", Bakı deyə-deyə dururdular: amma qısa bir müddət ərzində gördülər ki, Bakı deyil, Azərbaycan dövlətidir və Azərbaycan dövləti də yüksək səviyyədə işləyir. Azərbaycan dövləti İranın "kozırlarını" əlindən bir-bir alır. Azərbaycan ən böyük 5-ci kolon Rusiyadan sonra İranın idi. Yəni Rusiyanın kolonu oxumuşlar-filan var, amma bunlarda mollalardır. Yenə o oxumuşları yola gətirmək olar, İran burada elə adamlara güvənib ki, özündən yaman gündə. Məsələn, "Neftçalada bərbər, küçədə narkotik satanlar. Yəni İran bunlardan başqa adamları ələ ala bilmirlər, amma bu, millətin təmizlənməsi üçün də lazımdır. Çünki narkotiki Azərbaycana İran gətirib. Minlərlə övladımız narkotikə qurşanıb, yaman gündədirlər. İran müharibədən sonra itirdiyi pulları Azərbaycandan alaraq cəzalandırmaq istəyirdi, onu da üzünə-gözünə bulaşdırdı. Ondan artığını düşünə bilmirlər "bozbaş mollasının başı ancaq bozbaşa qədərdi", ondan o yana işləmir.

Cümşüd Nuriyev - Teleqraf.com

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ