Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı, ölən var


Fevralın 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Avtomobildə olan 3 nəfər çıxarılıb. İki mülki vətəndaş və bir hərbçinin olduğu avtomobildə hərbçi və digər sərnişin F.Hüseynova xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ