Vardanyan üçün "ƏLVİDA" havası çalındı - Moskva "LAYİHƏSİNİ" geri çəkir


Separatçıların "pul paylayan"ı Ruben Vardanyana da yol göründü. Artıq Ermənistanda da milyarderin yola salınmasından danışılır. Son bir neçə gündə bu barədə xəbərlər hətta rəsmi mətbuatda da yer alır. Bu da ona dəlalət edir ki, Vardanyanın yola salınması haqqında siyasi qərar verilib.

Məlum olduğu kimi Vardanyan Kremlin layihəsidir. Moskva onu Qarabağa göndərməklə 2 məsələni hədəfləmişdi:

Birincisi, Qarabağdakı separatşılara nəzarəti Vardanyanın vasitəsi ilə əldə saxlamaq. Çünki, Rusiya istəmir ki, Qərb və digər dövlətlərin Qarabağdakı ermənilərə təsir imkanı olsun.

İkincisi, milyarderə tapşırılmışdı ki, oğurladığı və yığdığı milyonların bir qismini aparıb Qarabağda xərcləsin. Çünki, Qarabağdakı ermənilərin sosial xərclərinin bir qismini Rusiya qarşılayır. Məhz bu öhdəlik müqabilində Rusiya vətəndaşlığından məhrum edilən Vardanyanın milyardlarına toxunulmadı.

Lakin, siyasi cəhətdən yetkin olmayan Vardanyan hər iki vəzifəni lazımınca icra edə bilmədi. Əksinə, o fürsət düşdükcə Qərblə separat danışıqlara getdi.
Hətta fransalı deputatları Vardanyan Qarabağa dəvət etdi. Eləcə də, Qarabağdakı ermənilərə də Vardanyan lazımı dəstəyi göstərmədi. Ona görə də Kreml əlini Vardanyanın üzərindən çəkdi.

Təsadüfi deyil ki, ötən həftə Rusiya XİN-in başçısı Sergey Lavrov jurnalistlərin sualını cavablandırarkən bildirdi ki, Vardanyanın Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur:

"Və Rusiya hakimiyyətinin də onunla heç bir əlaqəsi yoxdur."

Lavrov dediklərində 100 faiz səmimi olmasa da fikirlərində həqiqət var. Artıq Moskva daha əvvəlki kimi Vardanyana "stavka" etmir. Kreml yenidən "Qarabağ klanı" kartını ortaya atır.

Təsadüfi deyil ki, 2 həftə əvvəl qatı millətçi Vitali Balasanyan "təhlükəsizlik şurasının katibi" vəzifəsindən azad edildi. Onun yerinə Ararat Melkumyan "təyinat aldı". Melkumyansa daha çox Köçəryan-Sarkisyan cütlüyünə yaxınlığı ilə seçilir.

Üstəlik, Vardanyanın məsuliyyətsiz bəyanatları və Ermənistan baş naziri Nikol Paşinyana açıq müharibə elan etməsi də onun gedişini sürətləndirir. Çünki, erməni milyarder götürdüyü öhdəlikləri unudub şəxsi ambisiyasını və siyasi iddiasını ortaya qoyub.
Ona görə də son vaxtlar Paşinyana yaxın mətbu orqanları davamlı şəkildə Vardanyanı "vurur". Bu da onu göstərir ki, onun gedişini təkcə Moskva yox, həm də rəsmi İrəvan da istəyir.
Bizim.Media


MANŞET XƏBƏRLƏRİ