Almaniya mediasından diqqət çəkən təhlil: Türkiyə Almaniyanın taxtına oturdu


Almaniyanın "Bild" qəzeti Türkiyənin Ukrayna və Rusiya ilə müharibədə böhranı fürsətə çevirdiyini və uğurlu dialoqu ilə ixracatını artırdığını yazıb.

Turkustan.azxəbər verir ki, Almaniyanın "Bild" qəzetində diqqətçəkən təhlil dərc olunub. Təhlildə Türkiyənin Ukrayna-Rusiya müharibəsində uğurla dialoq apardığına diqqət çəkilərək, ixracatını iki dəfə artıraraq Almaniyanı əvəzlədiyi bildirilib.

Türkiyənin NATO üzvü olaraq varlığını davam etdirdiyini və Rusiyaya qarşı sanksiya kampaniyalarının bir parçası olmadan Kremllə dialoqu davam etdirməyi bacardığını bildirən Bild, tənqidi təhlilində Türkiyənin uğurunu da yerləşdirməli olub.

Türkiyənin Rusiya ilə idxal və ixrac rəqəmlərinin cəmi bir ildə iki dəfə artdığını qeyd edən qəzet, Türkiyənin Almaniyadan taxt-tacı bu yolla aldığını qeyd edib.

Bild, Rusiya ilə iş aparan alman şirkətlərinin son bir ildə türk şirkətlərinin boş yerlərini doldurmalarını izləməli olduğunu bildirib.

ALMANİYANI ƏVƏZ EDİB

Bild, həmçinin Türkiyənin Almaniyanın Rusiyaya maşın və avadanlıq satışında daha əvvəl tutduğu mövqeyi tutduğunu qeyd edərək, "Almaniyanın yerini Türkiyə aldı" deyib.

TİCARİƏ ƏMƏKDAŞLIĞININ HƏCMİ ARTACAQ

Müharibədə yaşanan böhranların Türkiyə tərəfindən üstünlüyə çevrildiyini yazan qəzet "müharibənin qalibi Türkiyədir" deyirdi. Türk markalarının Rusiya bazarında daha böyük yer tutduğunu bildirən Alman qəzeti, iki ölkənin 2030-cu ilə qədər çox böyük ticarət ortaqlığı təmin edəcəyini vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ