Təzminatla bağlı Ermənistana qarşı İLK PROSES başladılıb - TƏFƏRRÜAT


Azərbaycan daha bir uğura imza atıb. Azərbaycan dövləti tarixdə ilk dəfə Bern Konvensiyasına əsasən, Ermənistana qarşı arbitraj prosesini başladıb. Bu sahədən azca başı çıxan adam anlamalıdır ki, Bern Konvensiyasının arbitraj səviyyəsinə gəlib çatması üçün ən azı 2 il bununla bağlı faktlar toplamalısan, beynəlxalq ekspertləri gətirməlisən, BMT-nin müvafiq agentlikləri ilə işləməlisən.

Ən əsası Arbitraja qədər ölkələr arasında qaydalara əsasən, bu proses məxfi getməlidir. Son iki il ərzində bu istiqamətdə ciddi işlər aparılıb. Hələik ilkin məqsədə nail olunub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məsələ ilə bağlı Bizim.Media-ya ətraflı açıqlama verib:

"Azərbaycan dövləti Vyana konvensiyasını rəhbər tutaraq Ermənistan dövlətini Beynəlxalq Arbitraja verib. Bu da təbii ki, Bern Konvensiyasına uyğun həyata keçirilib. 18 yanvar 2023-cü ildən artıq bu prodsedur başlayıb. Bern Konvensiyasına görə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv etməsinə görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istəyir".

Komitə sədri onu da qeyd edib ki, bu prodseduru birdən-birə başlamaq mümkün deyil:

"Bundan ötrü mütləq araşdırmalar olmalıdır. Əldə kifayət qədər faklara olmalıdır və bu faktlar qiymətləndirilməlidir. Bu qiymətləndirməni aparmaq üçün Beynəlxalq ekspertlər həmin ərazilərə gətirilməlidir. Və onlar tərəfindən təqdim edilən faktlar təsdqilənməlidir. Bir sözlə dəymiş ziyan tam dəqiqliklə və obyektiv şəkildə təhlil edilib öyrənilməli və yalnız bundan sonra Beynəlxalq Arbitraja təqdim edilməlidir. Üstəlik, Beynəlxalq Arbitraja çıxarılmamışdan əvvəl Azərbaycan müəyyən prodsedurlardan keçməlidir".

Çingiz Qənizadə bir məqama da toxundu:

"Həlilik proses ilkin mərhələdədir. İşğal olunmuş ərazilərdə dəymiş ekoloji ziyanla bağlı ilk iddianı qaldırırıq. Bu bizə gələcəkdə işğal dövründə Azərbaycan dövlətinə və onun vətəndaşlarına dəymiş ziyanla bağlı iddiaların qaldırılmasına da zəmin yaradır.
Məndə olan məlumata görə bu sahədə təcrübəsi olan Beynəlxalq təşkilatların Azərbaycana dəvət olunması və onlarla birgə iş aparılması istiqamətində işlər reallaşır. Yəqin ki, yaxın gələcəkdə bütün ziyanlar tam araşdırıldıqdan və qiymətləndirildikdən sonra Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat iddiası qaldırılacaq".


MANŞET XƏBƏRLƏRİ