Ərdoğanın xəbərdarlığından sonra Finlandiyadan diqqətçəkən qərar: Quranın yandırılmasına...


Rasmus Paludanın Stokholmda Qurani-Kərimi yandırması müsəlmanları ayağa qaldırıb. Prezident Ərdoğan qalmaqaldan sonra NATO qapılarını İsveçə bağlayarkən Finlandiya üçün müsbət mesajlar verdi. Ərdoğanın "Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Amma Finlandiya eyni səhvi etməməlidir" ifadəsindən sonra Finlandiyadan diqqətçəkən bir qərar gəldi. Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəklərini açıqlayıb.

Turkustan.azxəbər verir ki, İfrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanın qalmaqallı hərəkətləri müsəlmanları ayağa qaldırıb. Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran yandıran Paludan eyni təxribatı cümə namazından sonra Danimarkanın paytaxtı Kopenhagendə məscidin qarşısında da həyata keçirib. Bu hərəkətlər müsəlman dünyasını ayağa qaldırarkən, prezident Ərdoğan NATO-nun qapılarını İsveçə bağladı və Finlandiyaya müsbət mesajlar verib.

ƏRDOĞAN: İSVEÇ ŞOK OLACAQ

Prezident Ərdoğan Finlandiyanın NATO üzvlüyü ilə bağlı "Lazım gəlsə Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Finlandiya ilə bağlı fərqli mesaj verəndə İsveç şoka düşəcək. Amma Finlandiya eyni səhvi etməməlidir" dedi.

Bu inkişafdan sonra Finlandiyadan diqqətçəkən bir açıqlama gəlib. Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını "cəzalandırıla bilən cinayət" hesab edəcək. Müvafiq olaraq, müqəddəs kitabların təhqir edilməsinə də eyni cür yanaşılacaq.

Finlandiya polisi Vesa Pihajoki, "Qurani-Kərimin yandırılması planlaşdırılsaydı, polis təşkilatçıya icazə verilməyəcəyini əvvəlcədən xəbərdar edərdi. Həmçinin, əgər fəaliyyət nümayiş zamanı və ya hər hansı digər vəziyyətdə baş verərsə polisin diqqətini çəkirsə, polis müdaxilə edəcək". ifadələrdən istifadə etmişdir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ