Gənc azərbaycanlı rəssamın sosial media hesabında paylaşdığı siyasi mövzulu karikaturasına Güney azərbaycanlı liderin reaksiyası necə oldu?


Gənc rəssam Vasif Səftərov uzun müddətdir çəkdiyi rəsmlər, karikaturalar və illüstrasiyalarla məşhurlaşaraq vətənimizi ölkəmizin hüdudlarından kənarda da beynəlxalq müsabiqələrdə və xarici festivallarda iştirak edərək uğurla təmsil edib.

Son dövrlərdə sosial şəbəkələrdə davamlı olaraq paylaşdığı karikaturalar izləyicilərin böyük marağına səbəb olub. Onlardan biri də İranın Azərbaycana qarşı etdiyi xəyanəti, pisliyi əks etdirən "Riyakar qardaşlar" adlı satirik karikaturasıdır. Öz tvitter hesabında həmin karikatura Güney Azərbaycanın lideri Mahmudəli Çöhrəqanlı tərəfindən müsbət rəylə qarşılanıb. Belə ki,həmin rəsmin altında "İran rejimi Türkün düşməni olan kim varsa bağrına basıb və bəsləmişdir" sözlərini yazıb.Bütün bunlarla əlaqədar olaraq rəssamın özü ilə əlaqə saxladıq.

- Məlum olduğu kimi İranın Azərbaycana qarşı siyasəti uzun illərdən bəri xəyanət və düşmənçilik üzərində qurulub. Bunu bir daha sonuncu baş vermiş olaylar sübuta yetirdi... Bütün bu amansız və acı olaylardan təsirlənərək yaratdığınız karikaturanı çəkərkən hansı hissləri keçirirdiniz? Bütün dünyaya və topluma çatdırmaq istədiyiniz əsas mesaj nədən ibarətdir?

Açıklama yok.

- Ümumiyyətlə mən İranı İslam respublikası kimi qəbul etməmişəm.Farslar hər zaman bizim ayağımızdan çəkiblər. Mənim onlara qarşı bu münasibətim isə 2000-ci illərin əvvəllərində hava sərhədimizi dəfələrlə pozduğu zamanları əhatə edir. Bu isə uşaqlıq illərimə təsadüf edir...

Mən çox karikaturalar çəkmişəm əsasən də ermənilərlə bağlı.Buna görə də Paşinyanın Instagram səhifəsi məni bloka atdı))

- Bütün bunlar sizi ruhdan salırmı?

- Qətiyyən yox! Əslində çəkdiyim karikaturalar müəyyən qədər ünvanına çatır deyə daha da həvəsli oluram.

- Təsvir etdiyiniz karikaturadakı mənfi obrazları öz düşüncənizə uyğun olaraq necə dəyərləndirirsiniz?

- İranla bağlı çəkdiyim karikaturada Ermənidən fərqlənməyən fars rejimi hər ikisi də eyni motivi təşkil edir. Onlar bir dəfə də olsun Azərbaycanın haqq səsini hansısa bir tribunadan səsləndirməyiblər. Əksinə son dönəmlərdə onların hansı xislətdə olduğunu bir daha göstərdi...

- Tvitter səhifəsində həmin karikaturanı bəyənərək müsbət rəy yazmış Güney azərbaycanlı liderinə qarşı münasibətiniz necə oldu?

Açıklama yok.

- Əslində hər kəs paylaşa, münasibət bildirə bilər fərq qoymuram. Güney Azərbaycanın azadlığı üçün çalışanlara, həqiqəti anlatmağa, tarixi keçmişə yəni birliyimizə addım atanlara eşq olsun deyərdim!

- Sizcə müasir dövrdə çəkilən karikaturalar rəssamın düşüncə tərzini cəmiyyətdə baş verən ictimai -siyasi olaylara qarşı çıxaraq açıq -aşkar realistcəsinə əks etdirə bilirmi?

- Ümumiyyətlə mövzudan asılı olaraq karikatura çox güclü vasitədir.

- Hansı mövzuda karikaturalara daha çox üstünlük verirsiniz? İctimai-siyasi, sosial yoxsa məişət mövzulu olanlara?

- Günümüzün reallığını əks etdirən. Ən çox da gündəmlə əlaqədar karikaturalar işləyirəm.

- Çəkdiyiniz karikaturalara görə tənqid və təqibə məruz qalmısınızmı?

- Adətən haqlı olaraq fikir azadlığımdan müəyyən qədər istifadə edib yanaşmışam məsələlərə.. Tənqid edənlər olub. Bu da onların fikirləridir.

- Gələcəkdə çəkdiyiniz karikaturalardan ibarət sərgi təşkil eləmək planınızda varmı?

- Əlbəttə yığılmış arxiv sayəsində belə bir sərgi keçirməyi düşünürəm.

Tahirə Nur

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ