Bu maşınların hərəkətinə icazə rüsumu 50 AZN olacaq


Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq.

Turkustan.az xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, ümumu istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib.

Layihəyə görə, bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

Layhə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ