Vaşinqton Post PKK/YPG əlaqəsini qəbul etdi! Foto və başlıq silindi - FOTO


ABŞ rəhbərliyi YPG-nin terror təşkilatı PKK-nın Suriya qolu olduğunu təkzib edib. Lakin "Washington Post" qəzetində dərc olunan xəbərdə fotonun altında "ABŞ qüvvələri sentyabr ayında PKK-ya təlim keçirdi" sözləri yazılıb. Lakin bir müddət sonra maraqlısı odur ki, qəzetin çap variantında istifadə olunan fotoşəkil internet saytından silinib. Və onu Pentaqonun binasının şəkli ilə əvəz etdilər. Təhlükəsizlik və terrorla məşğul olan Bruce Hoffman Twitter hesabından paylaşım edərək, Washington Post qəzetini tənqid edərək, ABŞ rəhbərliyinin siyasətini xatırladıb. Vaşinqton Post isə bu mövzuda səssiz qalıb.

Turkustan.azxəbər verir ki, ABŞ-ın terror təşkilatı PKK ilə çirkli əməkdaşlığı bu dəfə The Washington Post qəzetinin səhifələrinə keçib.

"Washington Post" qəzetində dərc olunan "Tam inteqrasiya üsuluna baxmayaraq, xüsusi əməliyyatlarda olan qadınlar bir çox maneələrlə üzləşirlər" başlıqlı yazı üçün istifadə edilən fotoşəkilin altındakı qeyd ABŞ-ın terror təşkilatı PKK-ya təlim keçdiyini bir daha ortaya qoyub.

Köşə yazarı Co Devidsonun məqaləsi üçün istifadə etdiyi fotonun altında "ABŞ qüvvələri sentyabr ayında PKK-ya hərbi təlim keçir" ifadəsi yazılıb.

Şəkilin altındakı qeydi görən amerikalı politoloq, terrorizm və terrorizmlə mübarizə üzrə ekspert Bruce Hoffman sosial media hesabında Washington Post-un səhifəsini paylaşıb.

Fotonun altındakı qeydlə bağlı Hoffman, "Bugünkü Washington Post-un 2-ci səhifəsində şəklin altındakı yazını belədir: 1997-ci ildən ABŞ Dövlət Departamentinin xarici terror təşkilatları siyahısına salınan PKK-ya ABŞ Xüsusi Əməliyyat Qüvvələri həqiqətənmi hərbi təlim keçir?

ABŞ rəhbərliyi YPG-nin terror təşkilatı PKK-nın Suriya qolu olduğunu təkzib edib. Lakin "Washington Post" qəzetində dərc olunan xəbərdə fotonun altında "ABŞ qüvvələri sentyabr ayında PKK-ya təlim keçirdi" sözləri yazılıb. Lakin bir müddət sonra maraqlısı odur ki, qəzetin çap variantında istifadə olunan fotoşəkil internet saytından silinib. Və onu Pentaqonun binasının şəkli ilə əvəz etdilər. Təhlükəsizlik və terrorla məşğul olan Bruce Hoffman Twitter hesabından paylaşım edərək, Washington Post qəzetini tənqid edərək, ABŞ rəhbərliyinin siyasətini xatırladıb. Vaşinqton Post isə bu mövzuda səssiz qalıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ