Azərbaycanda vəhşi heyvanlar insanı parçaladı


Meşədə tapılan insan skeleti ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinin dağlıq ərazisində tapılan skelet vəhşi heyvanlar tərəfindən yumşaq toxumaları və sümükləri parçalanmış-didilmiş, yarı çürümüş vəziyyətdə aşkar edilib.

Skelet kişi cinsinə məxsus olub.

Hazırda araşdırma aparılır. /APA/


MANŞET XƏBƏRLƏRİ