Ərdoğan sosial şəbəkələrdə ən çox izlənilən 2-ci dünya lideri oldu: Birinci isə...


İtaliyada 24 lider arasında aparılan təhlildə liderlərin son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralama hazırlanıb. ABŞ prezidenti Baydenin 66 milyondan çox izləyicisi ilə zirvəyə qatıldığı araşdırma, prezident Ərdoğanın sosial mediada ən çox izlənən ikinci dünya lideri olduğunu ortaya çıxarıb. Təhlillərə görə, Braziliya prezidenti Lula da Silva sosial mediada ən fəal liderdir.

Turkustan.azxəbər verir ki, Italia Digitale Fondunun Rəqəmsal Rəsədxanası dünyanın bəzi aparıcı ölkələrinin liderləri ilə bağlı araşdırma aparıb. 24 lider arasında aparılan təhlildə izləyicilərin sayına, hər yazıya düşən ümumi qarşılıqlı əlaqəyə və son 3 ayda orta qarşılıqlı əlaqəyə görə sıralama tərtib edilib.

ABŞ PREZİDENTİ BİDEN BİRİNCİ SIRADADIR

Sosial mediada ən çox izlənən lider 66 milyondan çox izləyicisi ilə ABŞ prezidenti Co Bayden olub. Prezident Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyicisi ilə ikinci yeri tutub.

ƏN FƏAL LİDER LULA DA SILVA

Ukrayna prezidenti Vladimir Zelenski 27 milyonla üçüncü olub. Təhlillərə görə, Braziliya

prezidenti Lula da Silva sosial mediada ən fəal liderdir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ