Demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın - Nazir müavini


"Azərbaycan Prezidenti qərar qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır".

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb, lakin İran hakimiyyəti xəbərdarlığa məsuliyyətsiz yanaşıb.

"Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq çox məsuliyyətli qərardır. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, təhlükəsizliyin təmin edilməsinə görə ümidimiz, etibarımız yoxdur. Biz dəfələrlə İran tərəfinə bildirmişik ki, Azərbaycan diplomatik nümayəndələrinə qarşı təhdidlər var və təhlükəsizlik tədbirlərini artırsınlar. Baş verən hadisə onu göstərir ki, İran hakimiyyəti buna məsuliyyətsiz yanaşıb və nəticədə terror aktı baş verib", - deyə nazir müavini qeyd edib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ