Yunanıstan Baş Qərargah rəisindən Türkiyəyə həyasız mesaj: Hazırlaşırıq...


Xüsusi Əməliyyat Qüvvələri və Ordu Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının mərasimində Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros Türkiyəyə təhdid mesajları göndərib. "Biz hazırlaşırıq və hazırlıq ən yaxşı üsuldur. Biz həmişəkindən güclüyük və bir qum dənəsi də verməyəcəyik", - Floros bildirib.

Turkustan.azxəbər verir ki, Yunanıstanda səlahiyyət müddəti bir il uzadılan Baş Qərargah rəisi Konstantinos Floros onun tövsiyəsi ilə ötən il yeni qurulan Xüsusi Əməliyyat Qüvvələri və Ordu Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının vəzifə dəyişikliyinin təhvil verilməsi mərasimində çıxış edib.

"BİZ HAZIRIQ VƏ HAZIRLANMAQ ƏN YAXŞI ÜSULDUR"

Hər cür xarici müdaxiləyə hazır olduqlarını bildirən Floros, "Biz hazırıq və hazırlıq ən yaxşı üsuldur. Birinin bizimlə döyüşməsi və müqavimət göstərməsi üçün çox güclüyük. Biz heç vaxt bir qum dənəsi və ya bir qarış torpaq buraxmayacağıq. torpaqlarımızdan dəniz yoxa çıxır.Bizim havada və dənizdə üstünlük var".

Prezident Ərdoğan ötən ilin sonunda "Yunanıstanda iki-üç ad var, rahat oturmurlar. Adalara gətirilən silahların, təyyarələrin mənası yoxdur. Bu, ürəyin işidir. "Bir gecə anidən gələ bilərik" demişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ