Bir ölkənin səfirliyinə girmək o ölkənin torpaqlarına girməkdir


Bir il keçmədi ki, Azərbaycanın səfirliyinə ikinci dəfə hücum oldu. İkinci hücum həm də qonşu ölkə, sözdə İslam ölkəsi olan İranda oldu. İran illərdir istər gizli, istərsə də açıq şəkildə Azərbaycana qarşı olduğunu hər dəfə göstərirdi. Ancaq bu dəfə etdiyi son hərəkətlə birmənalı şəkildə Azərbaycan dövlətinə savaş elan etdiyini göstərdi. İran 1961 Vyana Konvensiyasını birmənalı şəkildə pozub. Çünki bir ölkənin səfirliyinə girmək o ölkənin torpaqlarına girməkdir. Öncədən planlaşdırılmış bu terror aktını bilərək və planlı şəkildə həyata keçirdikləri barədə kimsənin şübhəsi yoxdur. Qapıda olan İran polisi belə terrorçu səfirliyimizə daxil olduğu zaman yerindən tərpənmir. Və içəri daxil olan terrorçu səfirliyimizin bir işçisini şəhid edir.

İran illərdir Azərbaycana qarşı xoş münasibətdə deyil. Lakin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizdən sonra İran bizə açıq-aşkar düşmən mövqedə oldu. Çünki İran bizim qalib gəlməyimizi həzm edə bilmir. Ermənistanla girdiyimiz savaşda sözdə "İran İslam Respublikası" olan qonşu ölkəmiz özü kimi çıxarcı, xeyir güdən, bir gün Rusiya ilə, bir gün Avropa Birliyi ilə hərəkət edən oyuncaq Ermənistanın tərəfini tutması müsəlmanlıqla heç bir əlaqələrinin olmamasının açıq şəkildə göstərgəsidir. Azərbaycan Zəngəzur yolu məsələsini ortaya atdığı zaman İran Qafanda konsulluq açdı. Özü də xeyir-şər evində. "Yəqin Xameneinin yasını orada verəcəklər", çünki İran Ermənistanı Ermənistandan çox düşünür. Bu gün sosial şəbəkədə gəzərkən bir post gördüm - "Iran sünnət olunmuş Ermənistandır", bu həqiqətən belədir. İran, ya Ermənistan, aralarında heç bir fərq yoxdur. İkisi də silahsız insanlara hücum çəkir, ikisi də terrorçudur və ən əsası ikisi də Azərbaycana düşməndir.

Lakin İranın törətdiyi bu terror aktı onlara baha başa gələcək. Artıq Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil, daha güclü bir Azərbaycanla qarşı- qarşıyadır. İran bunun fərqində olduğu üçün belə çirkin yollara əl atır. Mərd kimi qarşımıza çıxıb savaşmırlar, çünki qardaşları ermənilərdir, onlar kimi namərdlik sərgiləyirlər.

Bu terror aktından sonra Azərbaycan İrandakı səfirimizi geri çağırmalı və İranın burada olan səfirini öz ölkələrinə geri göndərməlidir. İranla olan siyasi və ticarət münasibətlərimizi kəsməklə bu ölkə ilə bütün əlaqələrimizi qoparmalıyıq. Artıq İran müsəlman bir ölkə yox, terrorçu bir ölkə kimi tanınır. Güneydə olan həmvətənlərimizə edilən əziyyətlər, onların haqsızlığa uğraması İranın birmənalı şəkildə Azərbaycanın birlik və bütövlüyünü istəməməsi anlamına gəlir. Və ən əsası Azərbaycanda olan iranpərəstləri dərhal cəzalandırmaq lazımdır. Çünki İran aşiqlərini dəf etməsək, bu, irəlidə daha böyük fəsadlara yola aça bilər. Molla rejiminin Azərbaycanda olan bütün cəsuslarına lazimi cəzaların verilməsi, və onlara vətən xaini damğası vurmaq lazımdır!

İran bacardığı qədər belə şeylər etsin, onlar Azərbaycanı nə bölə biləcəklər, nə də gücdən sala biləcəklər. Əksinə Azərbaycan daha da birlik və güclü olacaq!

Eltac Zülfüqaroğlu yazır: Türkiyə Azərbaycan qardaşlığı – Boyukmillet.com

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ