Fatehin 542 illik medalyonu İstanbula gətirilib


Fateh Sultan Mehmetin 542 il bundan əvvəl çəkilən "Costanzo da Ferrara" adlı medalyonu İstanbula gətirilib.

Turkustan.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin ötən ilin oktyabr ayında hərracdan satın aldığı medalyonun üzərində "Osmanoğlu və Bizans imperatoru" ibarəsi var.

Açıklama yok.

Fateh Sultan Mehmet İstanbulu fəth edən, Orta əsr dönəminə son qoyub Yeni dövrü başladan sultan kimi tarixə düşüb. Fatehin titulunun "Bizans imperatoru" kimi olması onun şöhrətini daha da artırmışdır.

Londonda keçən ilin oktyabr ayında Christiechr("39")s Hərrac Evində italyan rəssamı və medalçısı Costanzo da Ferrara-nın 1481-ci ildə hazırlamış olduğu Fateh Sultan Mehmetin medalyonu açıq artırma ilə 38 min sterlinqə satılıb.

İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu sosial media hesabında: "Bu qiymətli medalyon evinə qayıdır" paylaşımında əsərin İBB tərəfindən satın alındığını vurğulayıb. İBB baş katibinin müavini Mahir Polat medalyonu almaq üçün bu ilin yanvar ayının 24-də Londona gedib. 542 illik medalyon Türkiyəyə gətirilən Fatehin portreti ilə birlikdə Haliçdə açılacaq İstanbul İncəsənət Muzeyində sərgilənəcək.

Açıklama yok.

Fatehin tələbi ilə Neapol kralı tərəfindən İstanbula göndərilən İntibah dövrünün məşhur sənətkarlarından biri olan Costanzo da Ferrara 1464-1475-ci illər arasında Fatehin özünü görüb medalyonda istifadə olunacaq rəsmini yaradır və Fatehin ölümünə qədər İstanbulda qalıb.Bürüncdən tökülən medalyon İntibah dövrünün ən gözəl portret medalyonlarından biri hesab olunur.

Medalyonun ön tərəfində latın əlifbası ilə "Bizans imperatoru Osmanoğlu Sultan Məhəmməd 1481", arxa tərəfində isə "Asiya və Yunanıstan hökmdarı Məhəmmədin atlı gəzintidə portreti" yazılıb.

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ