Azərbaycanda banklar dollar almır: Nə baş verir? - AÇIQLAMA


"Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən dollara tələbin azalması mövsümi xarakter daşıyır. Çünki yanvar ayının sonuna doğru tələbin azalması müşahidə olunur. Mart ayına doğru dollara tələb artacaq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, idxal əməliyyatları daha çox fevral ayından intensivləşir: "Bu həm də dövlət büdcəsindən köçürmələrlə bağlıdır.

Hesab etmirəm ki, dollara tələbin azalması manatın dollara nisbətdə möhkəmlənməsi anlamına gəlməlidir. Azərbaycan Mərkəzi Bankının məzənnə siyasəti manatın möhkəmlənməsinin prioritet olmadığı göstərir. Prioritet mövcud məzənnəni qoruyub saxlamaqdır. Bu makro iqtisadi stabillik baxımından da vacibdir.

Mərkəzi Bank da daxili və xarici iqtisadi proseslərə uyğun olaraq məzənnə siyasətini müəyyənləşdirməyə çalışır".

Qeyd edək ki, 26 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın hərracında banklar tərəfindən sifariş təqdim edilməyib.

24 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında da banklar tərəfindən sifariş təqdim edilməmişdi. 9 yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında bankların sifarişləri 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.


MANŞET XƏBƏRLƏRİ