İranın erməni əsilli MOLLALARI – Bu cəsus şəbəkəsindən hansı ölkələrə qarşı istifadə edilir?


Son zamanlar İran qonşu ölkələrə münasibətdə heş bir əsas olmadan aqressivləşib. Tehran qonşu ölkələrə münasibətdə təxribatlara əl atır və bunun üçün də rejim cəsus şəbəkələrindən istifadə edir. Bu fonda İranda hazırlanan erməni əsilli təxribatçı mollalardan da yararlanırlar.

Onlardan Türkiyə, Azərbaycan, Rusiya, hətta İranın özündə belə agent kimi istifadə edirlər.

Hansı ki, bu təxribatçılar da sadalanan ölkələrə qarşı həqiqəti əks etdirməyən dezinformasiyalar yayıb, həmin dövlətlərdə hərc-mərclik yaratmağa, onları bir-birinə qarşı qoymağa çalışırlar. Erməni əsilli mollalardan İran öz ərazisində elə cənublu soydaşlarımızı izləmək, onların arasında fəal, elimli olanları həbslərə atmaq üçün də istifadə edir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında məsələyə toxunan politoloq Natiq Mirinin fikrincə, bu təhdid tək Azərbaycanı deyil, həm regional, həm də qlobal səviyyədə müəyyən təhlükələr vəd edir:

"Bu məsələ hər zaman Azərbaycan üçün həssas olub. Azərbaycanda İranın ciddi cəsus şəbəkəsi var ki, onlar da müxtəlif strukturlarda ciddi yer alırlar. Xüsusən də Bakı kəndlərində İranın yaratdığı cəsus şəbəkələri var ki, hər zaman ölkəmiz üçün müəyyən təhlükələr yaradır. Bu fonda onlar bir sıra hallarda elə İranın özündə hazırlanan erməni əsilli təxribata meylli mollaların "əməyindən" də bəhrələnməyə çalışırlar.

Müsəlman İranı eyni zamanda cəsus şəbəkəsi məsələsində Ermənistanla da yaxınlıq və əməkdaşlıq edir. Erməni əsilli şəxsləri də öz cəsus şəbəkəsinə cəlb edir. İranın Ermənistanla bu səviyyədə əməkdaşlığı, bu fonda habelə erməni əsilli təxribatçı molllardan yararlanmağa çalışması tək Azərbaycan üçün deyil, ABŞ, Avropa Birliyi kimi ciddi güc mərkəzləri üçün də bir sıra təhlükələr yaradır.

Çünki İran rejimi bu cür insanlardan həm Ermənistan daxilində mövcud olan Qərb ölkələrinin səfirliklərinə qarşı, həm də əhalisi müsəlman olan ölkələrə qarşı da ciddi şəkildə istifadə edir. Ona görə də bu təhdid tək Azərbaycanı deyil, həm regional, həm də qlobal səviyyədə müəyyən təhlükələr vəd edir".

Həmsöhbətimizə görə, İranın bu təhdidini ciddi qəbul edib, ona qarşı adekvat addımlar atmalıyıq:

"Tehran zaman-zaman İran rejimi əleyhinə işləyən insanları xarici ölkələrdə güdərək, onları qətlə yetirib. Bu hadisələrin sayı onlarladır. Bu fonda Tehranın erməni əsilli cəsuslardan istifadə etməsi, hətta ASALA kimi terrorçu təşkilatla iş birliyində olmaları da gözləniləndir. Həmin səbəbdən bu təhlükəni ciddi qəbul etmək gərəkdir. Bununla tək dövlətin xüsusi xidmət orqanları deyil, bütün toplum, cəmiyyət mübarizə aparmalıdır. Çünki İran artıq bütün dünya üçün qlobal səviyyədə təhlükə elementinə çevrilir".


MANŞET XƏBƏRLƏRİ