Vurduğu qadının avtomobilin kapotunda olmasına baxmayaraq yoluna davam etdi: İNANILMAZ ANLAR - VİDEO


Meksikada bir sürücü vurduğu qadına məhəl qoymayaraq, avtomobilinin kapotunda aparıb. Qadının kapotda sürükləndiyi anlar təhlükəsizlik kamerasına əks olunub. Meksikanın Ekatepek şəhərində sürücü yoldan keçən qadına vurub. Zərbə nəticəsində qadın avtomobilin kapotunda qalıb. Sürücü qadına məhəl qoymadan kapotda olan qadınla uzun metrlər gedib.

Hadisədən sonra qısa müddət ərzində Çatepek şəhər polisinin hərəkətə keçdiyi və sürücünü saxladığı, qəza nəticəsində 29 yaşlı qadının yüngül xəsarət aldığı bildirildiyi bildirilib.

Xəsarət alan qadın ifadəsində bildirib ki, hadisə ilə bağlı avtomobilin sürücüsü onu qəsdən vurub və dəfələrlə kapotdan düşmək istədiyini desə də, sürücünün avtomobili saxlamadığını bildirib.

Sürücünün qadını kapotun üstündən sürüyərək apardığı anlar təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ