İlham Əliyev Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM VERDİ


Prezident İlham Əliyev Məhərrəm Əliyevin təltif edilməsi haqqında sərəncam verib.

Turkustan.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev hazırda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinidə çalışır.


MANŞET XƏBƏRLƏRİ