Əfsanəvi İndoneziya Batikaları

Əfsanəvi  İndoneziya  Batikaları

Cənub-Şərqi Asiyada yerləşən,dünyanın ən izdihamlı Müsəlman ölkəsi olan- İndoneziya 7508 adadan ibarət olmaqla ən böyük arxipelaq dövləti olaraq da tanınır.

Ən qədim mədəniyyət ocaqlarından biri olan İndoneziyanın mağara təsvirləri, Avropada olduğu kimi qədimdir.Belə ki,İndoneziyanın Sulavesi adasındakı bir mağaradan tapılan qaya rəsmlərində olan əl şablonları 40 min il bundan əvvələ aid edilir.İndoneziya adalarında bədii sənətkarlığın müxtəlif növləri-tuncdan tökmə sənəti (dini heykəlciklər), toxuculuq,bambukdan və hindqozu yarpağından hörmə (yelpik,həsir) və s. inkişaf etmiş,müxtəlif tipli xalq yaşayış tikililəri (koma,ağac və bambuk karkaslı evlər) yayılmışdır.Dekorativ-tətbiqi sənətin ən zərif növlərindən biri olan batika indoneziya dilindən tərcümədə "isti mumla şəkil çəkmək"mənasını verir.İndoneziyada bu sənətin nə zaman yaranması bir müəmma olaraq qalsa da,17 əsrdə bir sıra xarici ölkələrin İndoneziya ilə ticarət əlaqələri aparmasına dair faktlar var.İşlənmə texnologiyasına görə bir neçə növü olan bu zərif parçalar dünyanın bir çox yerlərində insanların zövqünü oxşayır.Hər naxış-bir poema,hər rəng sanki bir mahnıdır.Onlar bizə İndoneziyanın tropik meşələrindən,görünməmiş rənglərdən(güllər),qəhrəmanların ölməz igidliklərindən söz açırlar.

Closeup Of Colorful Batik, Yogyakarta, Central Java, Indonesia Stock Photo,  Picture And Royalty Free Image. Image 12883839.İndoneziyanın bir çox bölgəsinin özünəməxsus rəng və motivlərlə hazırlanmış batikaları vardır.Məsələn,Yavanın şimal sahillərində, canlı rənglər,əsasən çiçək,quş və ya müxtəlif heyvan fiqurları təsvir edilir.Yavanın mərkəzi ərazilərində isə daha məhdud bir rəng çərçivəsi vardır və əsasən motivlərdə geometrik naxışlar üstünlük təşkil edir.Yava naxışlarının təxminən 10 minə yaxın növü vardır.

Bütün dünyada "ənənəvi əl sənəti" olaraq qəbul edilən batikanın  istehsal prosesi uzun müddətli və olduqca zəhmət tələb edəndir.Başlanğıc üçün (ilk növbədə) parça hazırlamaq və emal etmək lazımdır ki, o elastik və hamar olsun.Əvvəlcə  parçanın üzərinə isti mumla şəkil həkk olunur,daha sonra isə mum donunca parçanı boyamağa başlayırlar.Parçanın səthində qapanan yerlər orijinal rəngini qoruyarkən,açıqda qalan yerlər  rəng alır və beləcə naxışlar meydana gəlir.17 əsrdən başlayaraq naxışların çəkilməsində "çantinq"adlanan alətdən istifadə olunurdu.Parçanın üzərində xüsusi fırçalarla müxtəlif cür rəsim çəkirlər.Tez-tez isidib parçanın üzərinə qoyurlar ki,təsvirlər mükəmməl və gözəl alınsın.Bahalı və əl işləri üçün mum əllə, qalanları üçün isə preslə tətbiq olunur.Zəngin naxışlar yaratmaq üçün bu prosesdə müxtəlif növdə rənglər istifadə olunaraq təkrarlanır.Sintetik boyalardan istifadə edildiyi kimi,təbiətdə yetişən ağacların yarpaqlarından,qabıqlarından,budaqlarından və gövdəsindən hətta ədviyyatlardan da boya əldə edilir Batikanın naxışlarında təbiətin gözəl çiçəkləri,rəngli kəpənəklər,cənnət quşları stilizə edilərək motiv olaraq təsvir olunur.Xüsusi ventilasiya şəraitində bu nümunələr qurudulur.Bu proses-mumun çəkilməsi,şəkilin əks olunması,rənglənməsi, qurudulması bir neçə dəfə təkrar olunur,ta ki,məhsul keyfiyyətli alınana qədər.Sonra yenidən yoxlanılır.Parçanın standart kəsimi uzunluğu 2 m,eni isə 1.20-1.30-dir.Keyfiyyəti isə onun materialından asılı olur.Belə ki,incə, yumşaq,gözəl rəsmlərlə bəzənmiş batikalar baha qiymətə satılır.Hər nə qədər əllə işlənmiş  batik məhsullara önəm verilsə belə,bazarlarda fabrik məhsulları üstünlük təşkil edir.

İndoneziyada batikanın öyrədilməsində xüsusi emalatxanalar fəaliyyət göstərir.Surakarta şəhəri batik üzrə ən məşhur istehsal mərkəzlərindən biridir.İndoneziyalılar batik üsulu ilə bəzədilmiş parçalardan hazırlanan geyimlərə böyük bir maraq göstərirlər.Hər cümə günü ölkədə batik üsulu ilə işlənmiş geyimlər geyinilməsi artıq ənənə halını alıb.Ənənəvi bir batik geyimi olan selendang qadınların bir şeyi daşımaq üçün çiyin üzərindən keçirərək istifadə etdikləri şaldır.Əsasən qadınlar bununla körpə uşaqlarını ya da bazardan aldıqları ərzaqları daşıyırlar.Bu şal isti günlərdə başa sarılaraq örtük kimi də istifadə olunur.

Local labels want young people to wear batik more often - Art & Culture -  The Jakarta PostKişilər də başlarına iket kepala adı verilən sarıq formasında olan ənənəvi bir başlıq qoyurlar.Kvadrat şəklində olan bu batik parça başa sarılır.Bundan əsasən xüsusi günlərdə və mərasimlərdə istifadə olunur.Başqa bir populyar batik tipli geyim də sarong adı verilən,vücuda sarılaraq geyinilən düzbucaqlı bir parçadır.Bəzən bu parçanın iki ucu da bir-birinə tikilərək boru formasında olur.Bu,həm qadınlar həm də kişilər tərəfindən geyinilir.

Batik Day: Celebrating Indonesia Cultural Heritage | by Indri Puji Lestari  | Life at Walepay | MediumTuristlər  İndoneziya bazarlarını gəzərkən batik naxışlı çantalar,ayaqqabılar,abajurlar və.s tapa bilərlər.Çeşiddə sərhəd tanımayan batika həqiqətən də əfsanəvi bir sənətdir.

2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Siyahısına daxil olub.

Tahirə Nur

Индонезийский батик: что это?

 


MANŞET XƏBƏRLƏRİ