İrəvanda mübarizə aparacağıq - Zatulin


AB-nin monitorinq missiyasının Ermənistanda peyda olması onu göstərir ki, qərbyönlü qüvvələr ölkənin xarici siyasət vektorunu dəyişmək, bununla da rəsmi İrəvana və erməni xalqına problemlər yaratmaq istəyirlər.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin deyib.

"AB müşahidəçiləri Ermənistanın daxili və xarici vektorunu dəyişmək istəsələr, biz buna qarşı mübarizə aparacağıq. Qərb dövlətləri əsrlər boyu bəyannamələr istisna olmaqla, nə birinci, nə ikinci, nə də başqa müharibələrdə ermənilərə kömək üçün heç nə etməyiblər", - o bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ