Türkiyə 5-6 aydan sonra NATO-nu tərk edəcək - Sensasion AÇIQLAMA


NATO-nun Ankaraya qarşı təxribatçı hərəkətləri səbəbindən Türkiyə bu qurumu beş-altı aydan sonra tərk edə bilər.
Turkustan.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Vətən" partiyasının sədr müavini Ethem Sancak səsləndirib.
"NATO təxribatları ilə bizi buna məcbur edir. Onlar bizi qonşumuz Yunanıstanla qarşı-qarşıya qoymaq istəyirlər. Türkiyə beş-altı aydan sonra bu qurumu tərk edəcək. Bizi Yaxın Şərqin burulğanına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı hərəkətləri görürsünüz", deyə o vurğulayıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ