Rusiyadan ABŞ-a HƏDƏ: Tankları məhv edəcəyik


"Vaşinqton bizi strateji məğlubiyyətə uğratmağa çalışır".

Turkustan.az BBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

O, Bayden hakimiyyətinin Ukraynaya tankların tədarükünü açıqlayacağını, ABŞ-ın bu müharibədə təcavüzkar olduğunu və Rusiyanı məğlub etməyə çalışdığını söyləyib.

"Əgər "ABRAMS" tankları Ukraynaya verilsə, şübhəsiz ki, onlar bizim tərəfimizdən məhv ediləcəklər. Bu, Rusiya Federasiyasına qarşı daha bir həyasız təxribat olacaq. Mövcud münaqişədə heç kimin illüziyaları olmamalıdır", - deyə diplomat əlavə edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ