AZAL Cahangir Əsgərovla bağlı yayılan xəbəri şərh etməkdən imtina edib


Çərşənbə axşamı günorta saatlarında sosial şəbəkələrdə AZAL milli aviasiya şirkətinin rəhbəri Cahangir Əsgərovun vəzifədən azad edilməsi haqqında yazı yayılıb.

Eyni zamanda şirkətin ofisində genişmiqyaslı yoxlamaların başladığı bildirilir.

Turkustan.az xəbər verir ki, AZAL Turan Agentliyinin bu şaiyələrin nə dərəcədə əsaslı olduğu haqqında sualına cavabında şərh verməkdən imtina edib.

İş gününün sonunda hələ Əsgərovun vəzifədən azad edilməsi haqqında rəsmi məlumat açıqlanmayıb. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ