Dilqəm Əhməddən yeni kitab – 385 qaynağın siyahısı


Tədqiqatçı-jurnalist Dilqəm Əhmədin "Azərbaycan mühacirət biblioqrafiyası (1920-1991)" adlı yeni əsəri işıq üzü görüb.

Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi əsasında nəşr olunan kitabçada 1920-1991-ci illərdə dünyanın müxtəlif ölkələrində yaşayan mühacirlərin yazdıqları əsərlərin siyahısı toplanıb.

Müəllifin Turkustan.az -a verdiyi məlumata görə, kitabça bir çox baxımdan yeniliklərlə doludur: "Bu biblioqrafiya şəxsi arxivimizdə və müxtəlif kitabxanalarda yer alan mühacir nəşrlər əsasında hazırlanıb, ilk dəfə olaraq sistemli və geniş şəkildə 385 əsərin siyahısı verilib. Biblioqrafiyanı hazırlayarkən bu istiqamətləri əsas götürdük: Mühacirətdə nəşr olunan mətbu orqanlar; Azərbaycan istiqlal mübarizəsi, tarixi və ədəbiyyatı ilə bağlı yazılan əsərlər; Mühacirətdə nəşr olunan almanax, broşura, nizamnamə, açıqca və sair bu kimi nəşrlər; Mühacirlərin tərcümə etdiyi əsərlər; Mühacirlərin elmi işləri; Mühacirlərin ixtisasları ilə bağlı yazdığı əsərlər. Biblioqrafiya tələbələr və gənc tədqiqatçılar üçün nəzərdə tutulub".

Müəllif Azərbaycan diaspora tarixi ilə bağlı başqa bir kitab üzərində də çalışdığını bildirdi.


MANŞET XƏBƏRLƏRİ