"Kurtlar Vadisi" yenidən yayımlanacaq? - AÇIQLAMA


Necati Şaşmazın baş rolda oynayacağı Kurtlar Vadisi serialının yeni bölümlərinin "Disney Plus"da yayımlanacağı iddiası sosial media gündəmində müzakirə olunmağa başlayıb.

Turkustan.azlent.az-a istinadən xəbər verir ki, Necati Şaşmaz, Oktay Kaynarca, Özgü Namal, Gürkan Uyğun kimi adların baş rollarda yer aldığı Kurtlar Vadisi yeni bölümləri ilə tamaşaçıların görüşünə gələcək.

Serialın nə vaxt yayımlanacağı hələ bilinməsə də, bölümlərin "Disney Plus"da olacağı iddia edilib. Jurnalist Birsen Altuntaş "Disney Plus"ın serialla bağlı iddiasını təkzib edib.

Serialın harada yayımlanacağı və aktyor heyəti hələ ki, məlum deyil.


MANŞET XƏBƏRLƏRİ