“Məcbur qalmadıqca savaş bir cinayətdr” - Güner Dinçaslanın “İyirmi iki” romanı haqqında

“Məcbur qalmadıqca savaş bir cinayətdr” - Güner Dinçaslanın “İyirmi iki” romanı haqqında

“Hər mədəni millət kimi  varlığın, azadlıq və istiqlalının tanınması tələbində Türk milləti isralıdır və bütün davası da bundan ibarətdir.” Mustafa Kamal Atatürk

Gerçək tarixi tatixçilərdən çox şairlər və yazıçılar ötürür gələcəyə. Noyabrın 12- də telefonuma çox dəyərli şair qardaşım Fethi Akından zəng gəldi. Gülnarə xanım, sizə və Hafiz bəyə  Güner Dinçaslan adlı qiymətli bir yazıçımızın Sakarya Meydan savaşından bəhs edən “Yirmi iki”  romanını göndərirəm. Oxuyub, fikir bildirməyinizi çox istəyirəm.

Kitabı aldım. İlin axırı, işlərin çoxluğu kitabı oxumağımı bir az ləngitdi. Amma içimdə qeyri adi bir hiss baş qaldırırdı hər dəfə bu kitaba baxanda. İyirmi iki gün, yəni 44 günlük müharibənin eyni üzü, sadəcə 22-ni ikiyə vurmaq lazım gəlir. Bu təsadüfdürmü, yoxsa eyni dil, eyni qan, eyni can, eyni din, eyni taleyin övladları olmağımızamı işarədir?.

Kitabın müəllifi artıq sizlərində bildiyi kimi Güner Dinçaslandır. Güner xanım araşdırmaçı, jurnalist və yazıçıdır. ”Kölə taciri”, “Çölü çiçək, içi atəş Ərciyəz” “Qumarbaz”, “Aya baxıb ağlayan adam” və digər romaların müəllifidir. Türkiyədə və eləcə də türkdilli ölkəlrdə çox sevilən bir yazıçıdır.

Açıklama yok.

 Müharibələr qədər insan mənəviyyatını aşılayan başqa bir anlam tanımıram.

Əsər İngilis işğalı altında əzilən, inləyən, övladlarından imdad diləyən qosqoca İstanbul və orada baş verən siyasi hadisələin fonunda təsvir olunur. Eyni zamnda Çar I Nikolay zamanında Krımdan sürgün edilərək türkiyəyə pənah gətirmiş, yurdundan- yuvasından didərgin düşmüş,  rus əsgərləri tərəfindən işgəncələrə məruz qalmış krımlı ailələrin faciəsini də özündə əks etdirir.

Əsərin əsəas qəhrəmanlarından biri krımlı Miraslandır. Miraslan Krım xanlığının əsilzadələrindəndir. Onlar Türkiyəyə sığınsalar da, heç vaxt Krıma dönmək ümidlərindən vaz keçmirlər. O, həkim olmaq istəyir. Tibb məktəbinə yeni qəbul olmuşdur. İngilis işğalı altında qalan İstanbulun halına çox acıyır. Dərsdən sonrakı zamanını at belində keçirir və yurd həsrətini  bu yolla az da olsa unutmağa çalışır. Miraslanın atının adı Xəzərdir. Xəzər Ahıl Təkə soyundandır. Bu atlar adını Türkmənistan ətrafında yaşayan Təkə nəslindən alıbdır. Əsil Türk atıdır.

Vəli əfəndi düzənliyində at yarışları keçirmək üçün gərgin hazırlıqlar gedir. Miкaslan da atı Xəzərlə brlikdə bu yarışlara qatılmaq üçün var qüvvəsilə çalışır. Bu işdə ona dostu Marko kömək edir. Miraslan üçün bu yarışda qalib gəlmək əsas olsa da, Marko üçün yeni sevgililərlə tanışlıq üçün bir fürsət kimi dəyərləndirilir. Miraslan və atı Xəzər bu yarışı qazansalar ianırlar ki, Türkiyənin üzərindən qara buludlar dağılacaq və bundan sonra Türkiyə öz şanlı zəfərini əldə edəcək.

 At türkün gələnəklərindən gəlmə bir simvolu ifadə edir. Dastanlarımızda dara düşən igidləri dardan qurtaran vəfalı atları olub həmişə. At eyni zamnda bir xilaskardır. Sahibini darda qoymaz. Yazıçı ustalıqla və bilərəkdən əsas simvol olaraq türkün qalibiyyətində onun atının da rolunu önə çəkir.

 Vəli əfəndi düzənliyində baş tutan yarışa qatılan Miraslan və atı Xəzər gərgin anlar yaşadıqdan sonra inglis, fransız atlarını geridə qoyaraq bu yarışda qələbə qazanır. Bu anın sevincini yaşayan  Miraslana  mavi gözlü, qara kalpaklı bir adam yaxınlaşıb onu qucaqlayır və təbrik edir. Bu Türkiyyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Paşadır. Miraslanı və Markonu bu qələbə münasibətilə şam yeməyinə dəvət edir.

 Roman gənclərin Mustafa Kamal Paşa ilə tanışlıq səhnəsilə davam edir. Mustafa Kamal Paşa Türkiyənin xilası üçün çalışır. Göstərdiyi fəaliyyətə görə ingilis və fransızlar tərəfindən təqib edilir. O, qorxmadan, cəsarətlə “Ya istiqlal, ya ölüm” deyərək millətin və dövlətin ayağa qalxması, var oluşu  üçün ölümü belə gözə alır.

Əsərdə Rusiyada baş verən 1917-ci il bolşevik  inqilabından da bəhs edilir. ”Türkiyəyə yüz minlərlə insan axın etmişdi. Onlar müsəlman deyildi, türk də deyildilər. Bunlar ruslar idilər”.Tarix hər zaman zülm və işgəncəni geri, onu yaşadanlara qaytarır.

Türk ordusu qurulmalı, savaş başlamalı, Tükiyənin işğal altında olan torpaqları azad edlməliydi. Bu Mustafa Kamal Paşanın millətinə güvənərək verdiyi qərar idi. Türkiyənin ucqarlarından axın-axın insanlar bu savaşa qatılmaq üçün gəlirdilər. Evin tək övladı, atanın-ananın yeganə ümidi olan oğullar canından çox sevdiyi valideyinlərini belə dinləmədən yurd üçün gözqırpmadan savaşa atılmağa hazır idilər.

22  avqust-13 sentyabr 1921-ci ildə savaş başladı. Mondros atəşkəs  anlaşması ardınca Sevr anlaşmasıyla  ordusu dağıdılan, tərsanələri yerlə-yeksan edilən,  qüruru  əlindən alınan, şərəf və ləyaqəti ayaqlar altına  atılmağa çalışılan “Xəstə adam” adlandırılan  türkiyə azadlığını yenidən qazanmaq  və istiqlalına qovuşmaq üçün savaşmaq məcburiyyətində qalmışdı. Güner xanım “İyirmi iki” romanında həmin o 22 günlük savaşı, millətin savaş dönəmində göstərdiyi əzm və mübarizəni göstərməyə çalışır və buna nail olur.

“Türk üçün savaş toy-düyündür”

Əsərin dili “Dədəm Qorqud”un şirin dilinə bənzəyir. Ailə-məişət, valideyin övlad arasındakı münasibətlərdən çıxan nəticənin bədii ifadəsi, türk ailələrinə məxsus qədim adət-ənənələr bu əsərdə öz əksini tapır.  Atalar, analar oğlunu, nişanlılar nişanlısını, bacılar qardaşını əsgərliyə yola salarkən onun əlinə, atının sarğısına xına yaxıb arxasınca oxuduğu dualar eynən “Dədəm Qorqud” boylaması, soylaması tərzindədir. Döyüşə gedənin əlinə ayağına xına yaxmaq ənənəsi də  türk mifologiyasından, türk adət-ənənəsindən qaynaqlanır.

  “Oğul, dağ aslanım... Şahin baxışlım, qartal pəncəlim, evinin, ocağının sahibi oğul. Malımı-mülkümü uğrunda fəda edəcəyim oğul... Getmə deyə ömrümü uğruna sərəcəyim oğul. Getmə desəm, söz dinlərmisən, hey oğul! Getmə aslan parçam, getmə dəmir pəncəm, bütün malımı-mülkümü  sənin getməməyin üçün verərəm, bağışlayaram. İllərdir gördük, gedən dönmür. Qorxuram sən də dönməzsən,oğul!”

Əsərin əsas mövusu Çanaqqala Meydan savşına həsr olunsa da biz müəllifin bələdçiliyi ilə həmin dövrdə Türkiyədə, Rusiyada və eləcə də dünyada baş verən ictimai- siyasi hadisələrə də şahidlik edirik.

Əsərin digər qəhrəmanı krımlı Ayqızdır. Ayqız rus imperiyasının işgəncəsi altında inləyən xalqların bir nümayəndəsidir. O, ailəsindən, doğulduğu torpaqdan didərgin düşmüş minlərlə krımlının ümumiləşmiş obrazıdır. Ayqız Krımdan ailəsi ilə birlikdə qaçarkən rus əsgərləri tərəfindən atasının, anasının və digər qohum-əqrəbalarının vəhşicəsinə öldürüldüyünün şahidi olur. Və bu vəhşəti heç bir vəchlə unuda bilmir. Adamlardan qaçaraq at üstündə təkbaşına gecələr  qayalıqlarda, dağlarda, səhralarda dolaşır, çiçəklər, güllər toplayaraq nənəsi ilə brlikdə məlhəm hazırlayır. Ətrafı  ona dəli kimi baxır .O, öncəgörüsü və baş verəcək hadisələri qabaqcadan duymaq qabiliyyətinə malikdir. Buna görə isə onu Bakı deyə çağırırlar. Ayqızın qəlbi intiqam atəşi ilə yanıb qovrulur. O, bütün qəlbilə  inanır ki, tezliklə ailəsinin intiqamıı ala biləcək bir türk oğlu türk gələcək. Ürəyinə damanları yuxusunda görür. Mavi gözlü, kara kalpaklı adam gözlə məni, gələcəyəm deyir.

 Bu epizod yenə də dastanlarımızdan gələn yuxusunda  buta vermək kimi folklor ənənəmizə işarədir.

Mustafa Kamal Paşa Qarapınar kəndinə  yerləşəndə hər kəs Ayqızın yuxusunun çin olduğuna heyrət və təəccüblə inanır və zəfər günün yaxın olacağına əminliklə ümid bəsləyir. Mustafa Kamal Paşa ilə birlikdə Mir Aslan və Marko da Qarapınar kəndinə gəlir. Miraslan Ayqızı gördüyü ilk gündən ona dəli kimi aşiq olur. Lakin Ayqızın Mustafa Kamal Paşaya sevdalandığını bildiyi üçün susur, sevdasını qəlbinin dərinliyinə gömür. Mustafa Kamal Paşanı canından çox sevən və Kamal Paşanın də çox böyük  dəyər verdiyi qadını Fikriyyə xanımı var. Kamal Paşa ona aşiq. Bunu bildiyi üçün də Ayqız ömrünü, sevdasını bu adama fəda etməkdə görür əsil sevgini. O, dağları,daşları yaxşı bildiyindən onu qarabaqara izləyərək onu hər cür təhlükədən qoruyur.

Cəbhədə gərgin döyüşlər gedir. Çoxlu şəhidlər verilir, amma “Ya istiqlal, ya ölüm” deyərək irəli atılan aslanlar nəyin bahasına olursa olsun yurdu xain düşməndən qurtarmağı özlərinə vəfa borcu bilir.

Nəhayət, Çal dağdan, Manqal dağdan, Qaratəpə və Türlətəpədən sevindirici xəbərlər gəlir. Əsas maraq Duatəpədəki vəziyyətlə bağlıydı. Duatəpə həm türk, həm də yunan əsgərləri üçün çox böyük strateji əhəmiyyətə malik bölgə idi.

“Duatəpədə silah səsləri kəsilmişdi. Bu susqunluqdan, səssizlikdən hər kəs narahat idi. Və hər kəs də intizarla xəbər gözləyirdi.”

Bu xəbəri Marko Miraslana verir. Miraslan teleqramı kəmərində gizləyərək, atı ilə bərabər ildırım sürətilə irəliləyir. Birdən dünya gözündə qaralır. Məğlubiyyətdən quduza dönmüş düşmən təyyraələri sağa-sola bombalar yağdırır. Bombalardan biri Miraslanın köksünü parçalayır.

 Ayqız bunu duyur ,hiss edir. Hövlanak Miraslanın vurulduğu yerə tələsir.

“Atı yanındaydı. Mir Aslan üzüqoylu uzanmışdı. O, qan içindəydi. Ayqız Miraslanın kəmərində gizlədiyi xəbəri tapıb oxuyur. Öncədən ona etdiyi vəsiyyətinə görə Miraslanın qana bulaşmış əsgər paltarını əyninə  geyinərək,  xəbəri Mustafa Kamal Paşaya çatdırmaq üçün tələsir. Miraslanın ölüm xəbəri Mustafa Kamal Paşanı çox sarsıdır. Ayqız isə qələbəni-bu mübarək xəbəri Ankaraya-Fikriyyə xanıma çatdırmaq üçün yola çıxır.

Miraslan bu kəndin əmanətiydi. Sağlığında özü vəsiyyət etmişdi: məni bu torpaqlarda basdırın,- deyə. Qarapınar kəndi Miraslanı öz doğma balası kimi əzizləyib, torpağına əmant edir.

Tarixi ədəbi dildə, ”Dədəm Qorqud” şivəsinin şirinliy ilə tarixin  yaddaşına əbədi qovuşduran Güner Dinçaslan xanımın bu əsəri Türk gəncliyi üçün yaddaş kitabı, tarixi səlnamədir. Gələcəyə ötürülən bir mesajdır. Bu torpaqlar elə belə qazanılmadı. Hər qarışında minlərlə igidin qanı var. Əsərin əsas məqsədi tarixi gerçəkləri bədii dildə və bədii obrazlar vasitəsilə gələcək nəslə ötürməkdir.

 Türkiyə bu gün dünyanın ən nüfuzlu və ən qüdrətli dövlətləri sırasında yer almaqdadır. Əsər bu günün  güclü Türkiyəsini, keçmişin-“Xəstə adamı”nı sağaldaraq ayağa qaldıran   və gələcək nəsillərə əmanət olaraq verən böyük adam-Mustafa Kamal Atatürkün  keçdiyi çətin və şərəfli yola bir baxışdı. 

P.S.Sakarya Meydan savaşı haqqında yazılmış  “İyirmi iki” romanını oxuduqca gözümün önündə ən yaxın tarixdə vətənimdə baş vermiş 44 günlük tarixi savaş canlandı. Gözümün önünə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün haqq savaşına atılan  oğullarımız gəldı. Qarayaylıqlı analarımız, bacılarımız, dul qalmış gəlinlərimiz, atasız qalmış boynu bükük körpəlrimiz  gəldi. İçimdən bir fəryad qopdu, ürəyimdən tel qırıldı. ”Dədəm Qorqud” qopuz çaldı, boy boladı, soy soyladı. İlahi nə qədər Miraslanlar, Şahinlr, Mübarizlər, Poladlar qurban getdi  bu torpaqlar üçün. Nə qədər Ayqızlar, Fəridələr öz sevdalarını məzarlara gömdülər, nə qədər gəlinliklər tabutlara sarıldı bu vətən üçün... Bu millətin nə zilləti bitir, nə də zülmü.

Və son olaraq Məhmət Akif Ərsoyun bu misraları gəldi ağlıma:

Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?!

 “Şühəda fışqıracaq torpağı sıxsan şühəda”!

Canı, cananı bütün varımı alsın bu Xuda,

Etməsin tək vətənimdən məni dünyada cüda.

Bəli, Vətən nədir?, bizdən soruşun, çünki hər qarışında şəhid məzarları dikələn torpaq vətən olur. Uğrunda ölməyə oğlu olan torpaq Vətən olur. Vətən yaşadıqca Millət  var olur.

Güner xanımın bu tarixi romanını yüksək dəyərləndirir və ona  uğurlar arzulayıram və inanıram ki, bu əsər Azərbaycan oxucuları üçün də böyük  maraq doğuracaqdır.

Gülnarə Cəmaləddin,

 AYB Sumqayıt bölməsinin sədri

Açıklama yok.

 


MANŞET XƏBƏRLƏRİ