"Avtobusda hamilələrə, yaşlılara yer verməyin!" - Çağırış+VİDEO


Tanınmış kulturoloq Aydınxan Əbilovla vəkil Şəfiqə Məmmədova arasında yenidən qalmaqal yaşanıb.

Turkustan.az xəbər verir ki, buna səbəb kulturoloqun "ictimai nəqliyyatda yaşlılara, hamilə qadınlara yer verməyin" fikirlərini səsləndirməsi olub.

Belə ki, A.Əbilov insanların çox hərəkətsiz həyat tərzi keçirdiyi bildirərək fikirlərini əsaslandırıb:

"Əslində ictimai nəqliyyatda yaşlı adamlara yer vermək olmaz. Hərəkətsizlik Şəfiqə xanımı, mənim anamı, məni məhv edib. Əzizlərim, avtobusda, metroda heç kimə, hamilə xanımlara, yaşlılara yer verməyin".

Bu fikirlər Şəfiqə Məmmədovanı özündən çıxarıb. O, yerindən qalxaraq kulturoloqun üstünə gedib:

"Niyə? Sənin anan avtobusa minib, niyə yer verilməsin? Düz danışmırsan! Baxın, ay millət, bu Aydınxan həmişə bizim milli adət-ənənmizə belə "mız" qoyur. Bizim qocalarımız, ata-analarımız başımızın tacıdır. Onlara hörmət eləməliyik! Sən öz qarnına bax, gör kim hərəkətsizlik edir"

Həmin görüntüləri təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ