Quranı yandıran Paludan dinc dayanmır: Yeni planını AÇIQLADI - FOTO


Rusiya-Ukrayna müharibəsindən sonra NATO-ya üzv olmaq istəyən İsveç NATO yolunun Türkiyədən keçməsinə baxmayaraq Rasmus Paludana Quranı yandırmağa icazə verib. Çeçen Həmzət Çimayevin ona "terrorçu" deməsindən qəzəblənən Paludan sosial şəbəkədə bu dəfə Rusiya səfirliyi qarşısında yandırma aktını həyata keçirə biləcəyini açıqlayıb.

Turkustan.azxəbər verir ki, İsveçdəki Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan onu "terrorçu" adlandıran çeçenistanlı Həmzət Çimayevə cavab olaraq "Onun kitablarını Rusiya səfirliyinin qarşısında yandıra bilərəm" deyib.

İsveçdə Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandıran Danimarka irqçi Sıx İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan onu "terrorçu" adlandıran Çeçenistandan olan İsveç vətəndaşı Həmzət Çimayevə verdiyi cavabı sosyal şəbəkə hesabından paylaşıb.

Paludan Stokholmdakı Rusiya səfirliyinin qarşısında Quranı yandıracağını bildirib və "Həmzətin məni təhqir etməsinə cavab olaraq və bütün çeçenlərə xüsusi salam olaraq Rusiya səfirliyinin qarşısında kitablarını yandıra bilərəm" deyib.

İsveçdə Quranı yandıran Paludana reaksiya verən Çimayev danimarkalı siyasətçini "terrorçu" adlandırıb.

Kur’an-ı Kerim’i yakan ırkçı Rasmus Paludan rahat durmuyor: Yeni planı için adres gösterdi

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ