"Qonaqlıq müqabilində intim əlaqədə olurmuş" - Bakıda restorandan qaçan ailə deyilmiş - VİDEO


Xəbər verdiyimiz kimi, Bakıda restoranlarından birində yemək yeyən müştərilər hesabı ödəmədən qaçıblar.

Turkustan.az Ölke.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən restoranlardan birində baş verib. Ailəvi şəkildə restorana gəldiyi deyilən şəxslər 100 manatdan çox sifariş verərək yeyib içiblər. Sonradan oğlan məkanın pəncərəsindən çıxaraq qaçıb. Qadın və uşaq isə qapıdan çıxıblar. Bütün bunlar kameraya düşüb.

Restoranın icarədarı bildirib ki, pəncərədən qaçan kişi tapılıb.

"Başqa restoranlar da gəlib hesabları həmin şəxsdən alıblar. Ailə deyilmişlər. Oğlan həftədə bir dəfə gəlinlə tanış olurmuş. Milyonerlər kimi güclü qonaqlıqlar verib, qarşılığında intim münasibətdə olurmuş", - deyə o bildirib.


MANŞET XƏBƏRLƏRİ