Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb? - Şirkətə kim rəhbərlik edir?

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb? - Şirkətə kim rəhbərlik edir?

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.

Turkustan.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.   /pravda.az/

 


MANŞET XƏBƏRLƏRİ