İranda "nüfuzlu qadın" Anna Akopyan ALÇALDILDI

İranda

İranda “nüfuzlu qadın” Anna Akopyan alçaldılıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalist Nairi Oxikyan yazıb.

Nikol Paşinyanın xanımı İran paytaxtında keçirilən “Nüfuzlu Qadınlar” Forumunda iştirak edərkən xoşagəlməz reallıqla üzləşib.

“Məlum olduğu kimi, Anna Akopyan erməni icmasının nümayəndələri ilə görüşmək istəyəndə ümumi rədd cavabı alıb.

İran erməniləri Ermənistandan gələn “nüfuzlu qadını” görmək istəməyiblər, hesab ediblər ki, satqınlarla danışacaq heç bir şey yoxdur.

Məndə olan məlumata görə, hətta Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb.

Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır.

Onların hamısı öz növbəsində bütün ermənilər tərəfindən rədd ediləcək”,- deyə Oxikyan yazıb.    /konkret.az/

 


MANŞET XƏBƏRLƏRİ