Pensiyaların səhv hesablanması ən çox bu tarixə qədər baş verib


Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

Turkustan.azxəbər verir ki, bunu Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, 2020-ci ildən sonra səhv ödəmələrlə bağlı göstəricilər cüzi olub.

"Biz "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək".

Deputat Jalə Əliyevanın pensiyaların artıq hesablanmasında müvafiq qurumların əməkdaşlarının da səhvinin olması ilə bağlı məsələyə münasibət bildirən M.Quliyev bildirib ki, qanunvericiliyə əsasən vəsaiti kimi alıb xərcləyibsə o da qaytarmalıdır. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ