Damarların sağlamlığını qoruyan 3 QİDA – Tanınmış diyetoloqun SİYAHISI


Ürək-damar sistemi xəstəlikləri bütün ölkələrdə ölümün ilk səbəbi sayılır. Bu xəstəliklərin səbəbi isə aterosklerozdur.

Ateroskleroz zamanı damarlar iltihablaşır, onlarda xolesterin yığılır. Nəticədə damarlar sərtləşir, daralır, kövrək olur. Bu prosess ürək və ya beyin damarlarında baş verdikdə infarkt və insultun riski xeyli artır.

Bəzi qida məhsulları aterosklerozun inkişafını ləngidə, damarların vəziyyətini yaxşılaşdıra bilir.

Turkustan.az bildirir ki, tanınmış rusiyalı həkim-diyetoloq Sergey Oblojko bu qidaları açıqlayıb.

- Zeytun və zeytun yağı. Bu qida məhsulları polidoymamış yağlı turşular və polifenolların sayəsində damarların divarlarını zədələnmələrdən qoruyur. Xolesterin sağlam damarlarda deyil, məhz zədələnmiş damarlarda yığıldığından bu çox vacibdir.

- Yulaf yarması. Bu faydalı yarma liflərlə zəngindir və liflərin sayəsində qanda xolesterinin və şəkərin səviyyəsini salır. Diyetoloq qeyd edib ki, şəkər damarların əsas düşmənidir.

- Göyərti. Həkim xüsusi vurğulayıb ki, yeməklərə təzə göyərtini əlavə etmək ən faydalı qida vərdişi sayıla bilər. Göyərti, xüsusilə ispanaq orqanizmdə homosistein amin turşusunun səviyyəsini aşağı salır. Homosisteinin yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir. (saglamolun.az)


MANŞET XƏBƏRLƏRİ