BAKIDA azyaşlı qıza qarşı qeyri-etik davranan MANYAK TUTULDU - FOTOSU/VİDEO


Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

Turkustan.azDİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevə istinadla xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

E.Hacıyev bildirib: "Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərinin araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik".

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki,hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, manyak dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəyib. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.

Nərimanovda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb - VİDEO


MANŞET XƏBƏRLƏRİ