Kadırova BÖYÜK ŞOK: Əsgərləri əsir götürüldü - FOTO


Çeçenistan lideri Kadırov bir ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsində rus ordusu ilə yanaşı döyüşmək üçün öz əsgərlərini cəbhəyə göndərib. Bölgədən gələn son kadr hər fürsətdə sərt çıxışlar edən Kadırovun yuxusunu pozacaq. Paylaşılan görüntüdə Ukrayna ordusuna əsir düşən çeçen əsgərlər yer alıb.

Turkustan.azxəbər verir ki, 2022-ci il fevralın 24-də Rusiya ordusunun Ukrayna ərazisinə daxil olması ilə başlayan müharibə bir ilə yaxındır ki, davam edir. Hər iki tərəfin böyük itki verdiyi müharibədə Çeçenistan lideri Kadırov rus ordusunun tərəfində olub. Putinin razılığı ilə əsgərlərini Ukraynaya qarşı döyüşmək üçün cəbhəyə göndərən Kadırov hər fürsətdə impulsiv çıxışlar etməyi də diqqətdən kənarda qoymur.

Cəbhəyə sürülmüş çeçen əsgərlər Ukrayna ordusu tərəfindən əsir götürülüb. Krımlı jurnalist Gülsüm Xəlilova sosial media hesabında əsir düşən əsgərlərin fotosunu yayıb.

Kadırov ötən həftələrdə Rusiya televiziyalarından birində yayımlanan verilişin qonağı olub. Burada atletik və döyüşkən xasiyyətə malik olduğunu deyən çeçen lider anidən studiyada yerə uzanıb və bunu sübut etmək üçün təkanla qaldırıb. Proqramda 40 təkanla qaldıran Kadırovun həmin anları sosial mediada da gündəm olub.

Kadirov'un askerleri esir düştü

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ