Millət vəkili zərərçəkmiş seçicilərlə görüşüb - FOTOLAR


Bu gün Milli Məclisin deputatı Azay Quliyev yanvarın 18-də Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında ilkin araşdırmalara görə təbii qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində zərər çəkmiş seçicilərlə görüş və onların dağıntıya məruz qalmış mənzilləri ilə tanış olub.

Xatırladaq ki, bədbəxt hadisə zamanı 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb və 6 mənzil tamamilə yararsız vəziyyətə düşüb.

Seçiciləri narahat edən əsas məsələ partlayış nəticəsində dəymiş ziyanın ödənilməsi, mənzillərinin təmiri və bu cür faciələrin gələcəkdə baş verməməsi üçün etibarlı tədbirlərin görülməsidir.

Millət vəkili ümid etdiyini bildirib ki, müvafiq dövlət qurumları qeyd olunan problemlərin həllini qısa müddətdə təmin edəcəklər.

Məsələnin həlli nəzarətdə saxlanılacaq.

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 4 nəfər şəkili ola bilər

Bir 1 nəfər və içəridə şəkili ola bilər

Bir 1 nəfər şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.


MANŞET XƏBƏRLƏRİ