MAAŞLAR NƏ QƏDƏR ARTIB? - İqtisadçı açıqladı + CƏDVƏL


Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib. Cədvələ əsasən, maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əmək haqqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişirdi. Onun sözlərinə görə, yeni VTC-ə əsasən isə yalnız bir dərəcə üzrə əmək haqqı minimum səviyyədə olacaq. İqtisadçı vurğulayıb ki, digər 18 dərəcə üzrə maaşlar minimum əmək haqqı məbləğindən daha yüksəkdir.

Artımlar belədir:

1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım

2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım

3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım

4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım

5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım

6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım

7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım

8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım

9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım

10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım

11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım

12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım

13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım

14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım

15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım

16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım

17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım

18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım

19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım

V.Bayramov vurğuılayıb ki, sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artırılıb.

"Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa və əmək haqqısı VTC üzrə müəyyənləşirsə o zaman onun maaşı bu aydan etibarən artırıldı", - o qeyd edib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ