Azərbaycanlı futbolçu baş məşqçisini "razborka"ya çağırdı - DETALLAR


Rusiyanın "Ximki" klubunda çıxış edən Ayaz Quliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, O, komandanın baş məşqçisi Spartak Qoqniyevlə mübahisə edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Türkiyənin Belek bölgəsində olan Rusiya təmsilçisinin təlim-məşq toplanışı zamanı baş verib. Azərbaycan əsilli yarımmüdafiəçi baş məşqçiyə açıqlamalarından narazı qaldığını bildirib. Bundan sonra onlar arasında mübahisə yaranıb. Vəziyyət o yerə çatıb ki, Quliyev Qoqniyevə söhbəti çöldə həll etməyi təklif edib. Futbolçuların və məşqçilərin müdaxiləsindən sonra qarşıdurma sakitləşib.

Münaqişənin müəyyən qədər həll olunduğu ancaq komanda daxilində qaldığı bildirilir. Klubun məsələ ilə bağlı mövqeyi hələ bəlli deyil.

Maraqlı məqam isə "Ximki"nin sahibinin azərbaycanlı Tufan Sadıqovun olmasıdır. Bundan başqa, klubun idman direktoru Anar Məmmədov da həmyerlimizdir.

Ayaz Quliyev də rusiyada çıxış edən soydaşlarmızdan biridir. Bu günlərdə onun yenidən Azərbaycan millisində çıxış ehtimalı yaranıb. 26 yaşlı yarımmüdafiəçi bir müddətdir "Neftçi"nin də maraq dairəsindədir.

Qeyd edək ki, 17 turdan sonra 12 xal toplayan "Ximki" təhlükəli zonada - 15-ci sırada qərarlaşıb. (publika.az)


MANŞET XƏBƏRLƏRİ