Anar qiyam haqda şok sirri açdı: “Əkrəm məni AYB-dən avtomatla…” – FOTO

Anar qiyam haqda şok sirri açdı: “Əkrəm məni AYB-dən avtomatla…” – FOTO

“İctimai TV-də Əlisa Nicatı “dahi” adlandırırlarsa, Əkrəmi “böyük yazıçı” saymamaq insafsızlıqdır”.

Turkustan.az xəbər verir ki, bu sözləri xalq yazıçısı, AYB sədri Anar “Kulis”ə müsahibəsində deyib.

O, Əkrəm Əylisli ilə arasında yaranmış soyuqluqdan da danışıb:

“Mən dostluğumuzun pozulmasının qarşısını almaq üçün çox şey elədim, amma o, buna getmədi. Mən onu Yazıçılar Birliyinə katib gətirdim. Bax, bu otağın arxasında oturub mənim əleyhimə qiyam hazırlayırmış. Və mən bunu otuz ildən sonra bildim. Rəhmətlik Sabir Əhmədlinin ölümündən sonra çap olunan romanını oxuyanda bildim ki, Əkrəm və başqa bir cavan yazıçı deyiblər ki, Anarı buradan avtomatla çıxarıb, yerində oturacağıq”.


MANŞET XƏBƏRLƏRİ