Qəzaya uğrayan təyyarədən canlı yayım: Ölmədən öncə hər şeyi qeyd etdi - VİDEO


Məlum olub ki, Nepalda hava limanına yaxınlaşarkən qəzaya uğrayan təyyarədə olan sərnişin dəhşət anlarını lentə alıb. Filmlərə oxşamayan 100 saniyəlik kadrlardakı qışqırıqlar ürək ağrıdır.

Turkustan.azxəbər verir ki, Nepalın Pokhara Beynəlxalq Hava Limanında eniş etməyə hazırlaşan 72 nəfərlik sərnişin təyyarəsi yerə çırpılıb. Bölgədə ən azı 67 nəfərin öldüyü, xilasedicilərin dərhal hadisə yerinə gəldiyi bildirilib. Yerli media bir neçə nəfərin ağır xəsarətlərlə xəstəxanaya aparıldığını bildirib.

Bölgədə yaşayan və BBC-yə danışan Deeveta Kal, yerli vaxtla 11:00 (08:15 GMT) radələrində təyyarə qəzasını izlədiyini və pilotun təyyarənin binaların üzərinə düşməsinin qarşısını almaq üçün səy göstərdiyini söyləyib. Sosial şəbəkələrdə paylaşılan videoda təyyarə yaşayış məntəqələri üzərindən alçaqdan uçarkən kəskin şəkildə yana doğru görünmək mümkündür. Təyyarədə 4 ekipaj üzvü və 68 sərnişinin olduğu, sərnişinlərdən 15-nin başqa ölkə vətəndaşları olduğu açıqlanıb.

Hava limanından 1,5 kilometr aralıda, Seti çayının düz kənarındakı qəza bölgəsində işlərdə iştirak etmək üçün yüzlərlə əsgər cəlb olunub. Baş nazir Puşpa Kamal Dahal kabinetini təcili iclasa dəvət edib.

QARA QUTULAR TAPILDI

Gün ərzində Katmandu Hava Limanından edilən rəsmi açıqlamada kokpitdə səs yazıcıları və uçuş hesabatlarının olduğu açıqlanıb.

Hindistan mətbuatında çıxan bir xəbər qəzanın dəhşətini ortaya qoydu. Sözügedən xəbərdə adı Sonu Jaiswal olduğu bildirilən sərnişinin təyyarənin düşməsindən az əvvəl sosial mediada canlı yayımla yıxılma anını lentə aldığı bildirilib. 1 dəqiqə 40 saniyəlik görüntülərdə sakitcə irəliləyən səyahət zamanı təyyarənin sola əyildiyi, bir neçə dəqiqə sonra isə təyyarənin yüksək səslə yerə çırpılaraq alovlar içində qaldığı görünüb.

30 İL ƏRZİNDƏ 30 TƏYYARƏ QƏZASI

Digər tərəfdən, Nepalda son 30 ildə 30 təyyarə qəzası baş verib. Bunlardan ən ölümcül hadisə ötən may ayında baş vermiş qəza olub. Təbii fəlakət nəticəsində 22 nəfər həlak olub.

Eltac Zülfüqaroğlu\Turkustan.az


MANŞET XƏBƏRLƏRİ