Təyyarə faciəsi: 72 nəfərdən sağ qalan olmadı


Nepaldakı təyyarə qəzası zamanı təyyarədəki bütün insanlar həyatını itirib.

Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News 18" telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib.

Təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub ki, onların hamısı faciəvi qəza nəticəsində həlak olublar.

Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşlarıdır. (modern.az)


MANŞET XƏBƏRLƏRİ